Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Emreli Xorvatiya çempionatında rəmzi komandaya düşüb



Azərbaycan millisinin və "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli Xorvatiya çempionatında II turun rəmzi komandasına düşüb.

BrendSport.az
xəbər verir ki, "İstra" ilə matçda (3:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı hücumçu ən yüksək reytinq xalı alan dördüncü oyunçu olub.

Təcrübəli forvardın sözügedən qarşılaşmadakı çıxışı 8,2 xalla qiymətləndirilib.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.


Facebook-da paylaş

Xəbəri paylaş