Musa Qurbanlı: “İsveçə gələndən bunu xəyal edirdim”
“İsveçə gələndən bunu xəyal edir və gözləyirdim. Heyrətamiz idi”.
BrendSport.az xəbər verir ki, bunu “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXI turunda “Deqerfors”la oyunda dubl etməsi barədə danışarkən deyib.
Komandasının 4:1 hesablı qələbəsinə iki qol və bir məhsuldar ötürmə ilə töhfə verən 21 yaşlı hücumçu 58-ci dəqiqədə penaltini qola çevirə bilməməsinə də münasibət bildirib: “Het-trik mükəmməl olardı. Bir gün əvvəlki məşqdə 20 dəqiqə penaltilər üzərində çalışdım. Əlimdən gələni etsəm də, zərbəni qola çevirə bilmədim. İki qol da pis deyil”.
Qeyd edək ki, “Yurqorden” hazırda 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Facebook-da paylaş