Maqnus Karlsen: “Nicat Abasov güclü şahmatçıdır”
“Nicat Abasov güclü şahmatçıdır. Yarışda göstərdiyi oyun bu sözləri deməyə imkan verir".
BrendSport.az xəbər verir ki, bunu norveçli şahmatçı Maqnus Karlsen Bakıdakı Dünya Kubokunun yarımfinalında Azərbaycan təmsilçisi Nicat Abasova rəqib olması barədə danışarkən deyib.
33 yaşlı qrossmeyster onları maraqlı mübarizənin gözlədiyini vurğulayıb.
Beşqat dünya çempionu növbəti dəfə Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu söyləyib və Dünya Kubokunun yüksək təşkilatçılığını qeyd edib: “Yenidən Bakıda olmaq xoşdur. Təşkilatçılıq yaxşıdır. Buradan yaxşı təəssüratlarla ayrılacağam".
Qeyd edək ki, karyerasında ilk dəfə Dünya Kubokunun yarımfinalına yüksələn Nicat Abasov Karlsenlə ilk görüşünü avqustun 19-da keçirəcək.
Facebook-da paylaş