Şenol Günəş: "Neftçi"yə qarşı daha həvəsli və sürətli oyun gözləyirəm"
"Neftçi" və "Pendikspor"a qarşı doğma meydanda iki matçımız olacaq. Daha həvəsli və sürətli oyun gözləyirəm".
BrendSport.az xəbər verir ki, bunu Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi Şenol Günəş "Fatih Karagümrük"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Superliqanın ilk turunun qarşılaşmasından sonra mətbuat konfransında deyib.
72 yaşlı mütəxəssis görüşün ilk hissəsində sərgilədikləri oyun üçün azarkeşlərdən üzr istəyib: "Bura qələbə qazanmaq üçün gəlmişdik. Bütün futbolçuların da eyni fikirdə olduğunu düşünürəm. Amma istəklərimiz meydanda tam əks olunmadı".
Təcrübəli baş məşqçi zədəli olan Raşid Gezzalın durumu haqqında da danışıb: "O, getdikcə yaxşılaşır və hazırda fərdi məşqlərə başlayıb".
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Bakıda "Beşiktaş"a yenilib - 1:3. Cavab qarşılaşması avqustun 17-də gerçəkləşəcək.
Facebook-da paylaş