Əsas Səhifə > Maraq > Şenol Günəş: "Neftçi"yə qarşı daha həvəsli və sürətli oyun gözləyirəm"

Şenol Günəş: "Neftçi"yə qarşı daha həvəsli və sürətli oyun gözləyirəm"


15-08-2023, 09:10


"Neftçi" və "Pendikspor"a qarşı doğma meydanda iki matçımız olacaq. Daha həvəsli və sürətli oyun gözləyirəm".

BrendSport.az
xəbər verir ki, bunu Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi Şenol Günəş "Fatih Karagümrük"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Superliqanın ilk turunun qarşılaşmasından sonra mətbuat konfransında deyib.

72 yaşlı mütəxəssis görüşün ilk hissəsində sərgilədikləri oyun üçün azarkeşlərdən üzr istəyib: "Bura qələbə qazanmaq üçün gəlmişdik. Bütün futbolçuların da eyni fikirdə olduğunu düşünürəm. Amma istəklərimiz meydanda tam əks olunmadı".

Təcrübəli baş məşqçi zədəli olan Raşid Gezzalın durumu haqqında da danışıb: "O, getdikcə yaxşılaşır və hazırda fərdi məşqlərə başlayıb".

Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Bakıda "Beşiktaş"a yenilib - 1:3. Cavab qarşılaşması avqustun 17-də gerçəkləşəcək.
Geri qayıt