Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Beşiktaş”ın 2 zədəli futbolçusu “Neftçi” ilə oyun ərəfəsində sağalıb



Türkiyənin “Beşiktaş” klubunun 2 zədəli futbolçusu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun ərəfəsində sağalıb.

BrendSport.az xəbər verir ki, yarımmüdafiəçi Raşid Gezzal və hücumçu Cenk Tosun bu gündən kollektivlə birlikdə məşqlərdə iştirak edəcəklər.

Ötən mövsümün son turunun matçında zədələnən Tosun iki aydır yaşıl meydanlardan uzaqdırsa, əlcəzairli Gezzal yay təlim-məşq toplanışının son günlərində ayağından xəsarət almışdı. Baş məşqçi Şenol Gün'ş onlardan ən azı birini Bakıya yollanacaq heyətə daxil etməyi planlaşdırır.

Qeyd edək ki, “Beşiktaş”la “Neftçi” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş