Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” ilə oyun ərəfəsində “Beşiktaş” aparıcı futbolçusunu sata bilər



Türkiyənin “Beşiktaş” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyun ərəfəsində aparıcı futbolçusunu sata bilər.

BrendSport.az
xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Gedson Fernandeş üçün təklif alıb.

Fransa “Monako”su 24 yaşlı orta sahə oyunçusunun transferi ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb. “Qara qartal” portuqaliyalının keçidi qarşılığında Knyazlıq komandasından 50 milyon avro tələb edib.

Transfer reallaşarsa, bu pulun yarısı “Beşiktaş”a çatacaq. Çünki bir il əvvəl Fernandeşin keçidi zamanı Portuqaliya “Benfika”sı ilə əldə olunan razılığa əsasən, oyunçunun növbəti satışından qazanılacaq məbləğ yarı bölünəcək.

Qeyd edək ki, “Beşiktaş”la “Neftçi” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş