"Neftçi"nin rəqibi ulduz futbolçunu danışıqlar üçün İstanbula dəvət edib
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyə "Beşiktaş"ı İngiltərə "Liverpul"u ilə müqaviləsinin müddəti başa çatan Aleks Oksleyd-Çemberleni heyətinə qatmağa hazırlaşır.
BrendSport.az xəbər verir ki, "qara qartallar" 30 yaşlı yarımmüdafiəçini danışıqlar üçün İstanbula dəvət edib. İngiltərəli oyunçunun 24 saat ərzində Türkiyəyə gələcəyi bildirilib.
Çemberlen ötən mövsüm "Liverpul"un heyətində 13 oyuna çıxıb və 1 qol vurub. O, daha əvvəl ölkəsində "Sauthempton" ve "Arsenal"ın da formalarını geyinib.
Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bundan bir həftə sonra İstanbulda baş tutacaq.
Facebook-da paylaş