Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Beşiktaş” - “Neftçi” oyunu avstriyalı hakimə həvalə olunub



“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”a qarşı keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, avqustun 17-də baş tutacaq cavab qarşılaşması Avstriyadan olan hakimlər briqadasına həvalə olunub.

İstanbulda gerçəkləşəcək matçda Yulian Veinberger ədaləti qoruyacaq. Ona Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Ştefan Ebner olacaq.

Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş