Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"-"Makkabi" oyunu fransalı hakimlər briqadasına tapşırılıb

"Neftçi"-"Makkabi" oyunu fransalı hakimlər briqadasına tapşırılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Makkabi” (Hayfa) matçının təyinatları açıqlanıb.
BrendSport.az xəbər verir ki, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Villi Delajo olacaq. Ona Mehdi Rahmuni və Ervan Kristofe Fincin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.
Matçın UEFA nümayəndəsi Mişel Şafrot (İsveçrə), hakim-inspektor isə Aleksandr Qvardis (Rusiya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-sı İsraildəki “Sammi Ofer” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş