“Soçi” - “Keşlə” matçına hakim təyinatları açıqlanıb
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Soçi” (Rusiya) - “Keşlə” matçına hakim təyinatlar açıqlanıb.
AZƏRTAC xəbər verir ki, oyuna Albaniyadan olan hakimlər təyinat alıblar. Matçın baş hakimi Enea Yorci olacaq. Ona Ridiger Çokay və Reydi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kridens Meta yerinə yetirəcək.
“Soçi”–“Keşlə” matçı iyulun 22-də Soçidəki “Fişt” stadionunda təşkil olunacaq.
Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.
Facebook-da paylaş