“Neftçi”nin rəqibi “Beşiktaş”ın futbolçusu ilə güclənir
“Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Olimpiakos” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
BrendSport.az xəbər verir ki, Yunanıstan klubu “Beşiktaş”dan Jorj-Kevin Nkudunu heyətinə qatmaq niyyətindədir. “Olimpiakos”un çalışdırıcısının israrla heyətində görmək istədiyi futbolçu ilə danışıqlar aparılır.
“Neftçi”nin “Olimpiakos”la ilk matçı iyulun 21-də Yunanıstanda, cavab oyunu isə 1 həftə sonra Azərbaycanda olacaq.
Facebook-da paylaş