“Olimpiakos”–“Neftçi” matçını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan) – “Neftçi” matçının hakim təyinatları açıqlanıb.
BrendSport.az xəbər verir ki, oyuna Portuqaliyadan olan hakimlər təyinat alıblar. Matçın baş hakimi Silva Pineyro Joao Pedro olacaq. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək.
“Olimpiakos”–“Neftçi” matçı iyulun 21-də Georgios Karaiskakis stadionunda təşkil olunacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 28-də Bakıda baş tutacaq. “Neftçi” turnirin birinci mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını mübarizədən kənarlaşdırıb.
Facebook-da paylaş