Avropa Liqası: “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
BrendSport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III raundda Finlandiya təmsilçisi HİK-ə qalib gələrsə, növbəti mərhələdə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
"Qarabağ" - HİK cütünün qalibi ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.
Facebook-da paylaş