Avropa Liqası: "Qarabağ"ın potensial rəqibləri dəqiqləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
BrendSport.az xəbər verir ki, "köhlən atlar" Çempionlar Liqasının II raundunda Polşanın "Rakuv" komandasına uduzacağı təqdirdə, qitənin ikinci dərəcəli klub turnirində HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə görüşəcək.
Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.
Facebook-da paylaş