Çempionlar Liqası: “Qalatasaray”ın potensial rəqibləri bilinib
UEFA Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin püşkü atılıb.
BrendSport.az xəbər verir ki, Çempionlar yolu və Liqa yolunda bu raundun potensial cütləri müəyyənləşib.
Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray”ın potensial rəqibi “Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) cütünün qalibidir.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
“Rakuv” (Polşa) / “Qarabağ” (Azərbaycan) cütünün qalibi - “Aris” (Kipr) / BATE (Belarus) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) / “Slovan” (Slovakiya) cütünün qalibi - “Şerif” (Moldova) / “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi
AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) cütünün qalibi
“Luduqorets” (Bolqarıstan) / “Olimpiya” (Sloveniya) cütünün qalibi - “Jalgiris” (Litva) / “Qalatasaray” (Türkiyə) cütünün qalibi
“Breydablik” (İslandiya) / “Kopenhagen” (Danimarka) cütünün qalibi - “Sparta” (Praqa, Çexiya)
“Klaksvik” (Farer adaları) / “Haken” (İsveç) cütünün qalibi - HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün qalibi
Liqa yolu
“Braqa” (Portuqaliya) - TSÇ (Serbiya)
“Reyncers” (Şotlandiya) - “Servett” (İsveçrə) / “Genk” (Belçika) cütünün qalibi
“Dnepr-1” (Ukrayna) / “Panatinaikos” (Yunanıstan) cütünün qalibi - “Marsel” (Fransa)
PSV (Niderland) - “Ştrum” (Avstriya)
Qeyd edək ki, ÇL-də III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda keçiriləcək.
Facebook-da paylaş