Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Krus Asul”un hücumçusu ilə maraqlanan Azərbaycan klubunun adı açıqlanıb



Meksikanın “Krus Asul” klubunun futbolçusu Auqusto Lotti ilə maraqlanan Azərbaycan komandasının adı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, argentinalı insayder Sezar Luis Merlo sosial şəbəkə səhifəsində 27 yaşlı hücumçunun “Neftçi”nin transfer gündəmində olduğunu paylaşıb.

Onun sözlərinə görə, “ağ-qaralar”la yanaşı, Yunanıstanın “Volos” və Argentinanın “Taleres” klubu da Lottini heyətə qatmaq niyyətindədirlər. Lakin futbolçu özü Avropaya köçməyi planlaşdırdığını “Krus Asul” rəhbərliyinə bildirib. “Neftçi”nin onu icarəyə götürməsi nəzərdən keçirilir.

Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.


Facebook-da paylaş

Xəbəri paylaş