Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messinin "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub



Argentina millisinin futbolçusu Lionel Messinin yenicə transfer olunduğu ABŞ-ın "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub.

BrendSport.az
xəbər verir ki, 36 yaşlı hücumçu yeni komandasında ilk oyununu iyunun 22-də keçirəcək.

Həmin gün Mayami təmsilçisi Liqalar Kuboku turnirinin qrup mərhələsi çərçivəsində Meksikanın "Krus Asul" kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə Fransanın PSJ klubundan keçib.


Facebook-da paylaş

Xəbəri paylaş