Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bekhem Messini öz klubunda görmək istəyir



İngiltərənin dünyaca məşhur futbolçusu Devid Bekhem bu yaxınlarda yeni qurduğu və 2020-ci ildə MLS-də çıxış edəcək "İnter Mayami"nin adını ictimaiyyətə açıqlamışdı.

Britaniya mətbuatı Bekhemin komandanın liqadakı ilk mövsümü üçün böyük bir sensasiya yaratmağa hazırlaşdığını yazıb. Belə ki, məlumatda Bekhemin "Barselona"nın argentinalı superulduzu Lionel Messini ABŞ-a gətirmək istədiyi yazılıb.

Bekhem çılğın bir təkliflə "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında bitəcək Messinin "saqqızını oğurlamaq" və onu "İnter Mayami"yə transfer etmək niyyətindədi.


Facebook-da paylaş

Xəbəri paylaş