Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Buskets “Barselona” ilə yeni müqavilə bağlayır

Buskets “Barselona” ilə yeni müqavilə bağlayır

Serxio Buskets yaxın günlərdə “Barselona” ilə yeni müqavilə bağlayacaq.

İspaniya mətbuatı xəbər verir ki, yeni müqavilədən sonra Busketsin məvacibi nəzərəçarpacaq dərəcədə artacaq. Yarımmüdafiəçi Luis Suares və Jerar Pike qədər məvacib alacaq.

Busketsin məvacibinin artırılması Andres İnyestanın klubdan getməsindən sonra mümkün olub. İnyestanın gedişindən sonra maaş cədvəlində “yüngüllük” yaranıb ki, bunu nəzərə alan rəhbərlik də Busketslə yeni müqavilə bağlamağa üstünlük verib.

Busketsin hazırkı müqaviləsi 2016-cı ildə bağlanıb və 2021-ci ilin yayına qədər qüvvədədir.

Serxio “Barsa”nın yetirməsi sayılır və klubda 2008-ci ildən çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş