Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyə klubu “Qarabağ”ın hücumçusu ilə maraqlanır

Türkiyə klubu “Qarabağ”ın hücumçusu ilə maraqlanır


“Qarabağ”ın futbolçusu İbrahima Vadji Türkiyənin “Kocaelispor” klubunun maraq dairəsinə düşüb.
BrendSport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, seneqallı hücumçunun icarəyə götürülməsi planlaşdırılır. İyirmi yeddi yaşlı forvardın hazırda Ağdam komandasında özünü xoşbəxt hiss etmədiyi və 4 mərkəz hücumçusu ilə rəqabət mühitində klubunu dəyişmək istədiyi bildirilir.
Qeyd olunur ki, Vadjinin adı cari mövsüm ərəfəsində də “Kocaelispor”un transfer gündəmində olub. Lakin həmin vaxt “Qarabağ” Norveçin “Högesunn” klubuna 600 min avro ödəyərək, onu transfer edib. Təcrübəli hücumçu ilə 2024-cü ilədək müqavilə bağlanıb.


Facebook-da paylaş

Xəbəri paylaş