Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Rakuv”un futbolçusu: “Qarabağ” keçilməz rəqib deyil”



“Qarabağ” keçilməz rəqib deyil. Amma bunun üçün onlara qarşı yüksək səviyyədə oynamalıyıq”.

BrendSport.az
xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Marçin Çebula UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunlar barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Azərbaycan çempionunu tanıdıqlarını söyləyib: “Qışda “Qarabağ”la yoxlama görüşü keçirmişdik. Onların necə komanda olduqlarını az-çox bilirik. Biz də Polşa çempionuyuq. Azərbaycan komandası əlçatmaz deyil. Bu matçlarda meydana kim çıxır-çıxsın, sona qədər mübarizə aparacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş