Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Rakuv"un futbolçusu: "Qarabağ"a qalib gələ bilərik, biz "Lex"dən fərqliyik"



"Azərbaycanlılar haqqında deyirlər ki, onlar Polşa təmsilçilərinə qarşı həmişə üstün olublar. Amma məncə, onlar qalib gələ biləcəyimiz komandadır".

BrendSport.az
xəbər verir ki, bunu Polşanın "Rakuv" komandasının futbolçusu Fabian Pyasetski UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri olan "Qarabağ" haqqında "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.

28 yaşlı hücumçu bir il əvvəl "köhlən atlar"ın "Lex"ə qalib gəldiyini xatırladıb: "Amma indi biz həmin vaxtkı Poznan klubundan fərqli yerdəyik. Oxşarlıq o ola bilər ki, məşqçimiz dəyişib, lakin fəlsəfəmiz eyni qalır. David Szvarqa hamımızı tanıyır. Bizdən nə gözlədiyini bilir. Bu isə əlavə üstünlüyümüzdür. Ancaq əvvəlcə I təsnifat mərhələsindəki rəqibimiz "Flora"ya (Estoniya) diqqət yetirməliyik".

Qeyd edək ki, "Qarabağ" bu gün Bakı vaxtı ilə saat 19:30-da Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. Cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) - “Flora” (Estoniya) duelinin güclüsü ilə görüşəcək. Bu cütün ilk qarşılaşması isə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş