“Qarabağ”ın potensial rəqibinin oyunu təxirə salınıb
“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki potensial rəqibi “Rakuv”un Polşa çempionatında oyunu təxirə salınıb.
BrendSport.az xəbər verir ki, ölkə çempionunun Ekstraklasanın II turunda “Korona” ilə səfər görüşü təyin olunan vaxtda baş tutmayacaq.
“Rakuv”un yerli federasiyaya müraciətindən sonra iyulun 29-dakı matç başqa tarixə keçirilib. Çenstoxova təmsilçisi bunun sayəsində ÇL-in II raundunda cavab oyununa hazırlaşa biləcək.
“Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”u üstələsə, növbəti raundda “Rakuv”la qarşılaşacaq. Polşa klubu ilk oyununu iyulun 26-da evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında cavab oyunu bu gün Bakı Olimpiya Stadionunda (20:00) olacaq. Ağdamlılar Cəbəllütariqdə 2:1 hesablı qələbə qazanıblar.
Facebook-da paylaş