"Yuventus" dörd futbolçusu ilə vidalaşmaq istəyir
İtaliyanın "Yuventus" klubu dörd futbolçusu ilə yollarını ayırmaq istəyir.
BrendSport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Turin təmsilçisi Leonardo Bonuççi, Ueston Makkenni, Denis Zakariya və Arturla vidalaşmaq niyyətindədir.
Bu oyunçuların "qoca sinyora"nın planlarına daxil olmadığı vurğulanıb.
Facebook-da paylaş