"Qalatasaray" "Tottenhem"in futbolçusuna təklif göndərib
Türkiyə "Qalatasaray"ı İngiltərənin "Tottenhem" klubunun futbolçusu Davinson Sançesi transfer etmək istəyir.
BrendSport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, İstanbul təmsilçisi kolumbiyalı müdafiəçi üçün londonlulara 9 milyon avro dəyərində təklif göndərib.
28 yaşlı oyunçunun xidmətində "Cim-Bom"la yanaşı, Avropanın bir neçə komandası da maraqlıdır. Karyerası ilə bağlı yekun qərarı futbolçunun özü verəcək.
Qeyd edək ki, Davinson Sançes bu mövsüm "Tottenhem"in heyətində 24 oyun keçirib. Onun klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi var.
Facebook-da paylaş