Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real Madrid" Harri Keynin transferindən imtina edib



İspaniyanın "Real Madrid" klubu "Tottenhem" və İngiltərə millisinin hücumçusu Harri Keynin transferindən imtina edib.

BrendSport.az
xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, buna London klubunun həddindən artıq yüksək maliyyə tələbləri səbəb olub.

"Real Madrid"in prezidenti Florentino Peres 29 yaşlı futbolçunun alınması üçün 100 milyon avro xərcləməyi məqsədəuyğun hesab etməyib.

Qeyd edək ki, Harri Keyn 2022/2023 mövsümündə "Tottenhem"in heyətində bütün turnirlərdə 49 oyun keçirib. Fransalı hücumçu bu matçlarda 32 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun londonlularla 2024-cü ilin yayınadək müqaviləsi var.


Facebook-da paylaş

Xəbəri paylaş