Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Harri Keyn Alan Şirerə məxsus Premyer Liqa rekordunu təkrarlayıb



İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keyn “Nyukasl”ın əfsanəvi hücumçusu Alan Şirerə məxsus Premyer Liqa rekordunu təkrarlayıb.

BrendSport.az xəbər verir ki, Keyn çempionatın 4 müxtəlif mövsümündə 25 və ya daha çox qol vurmaqla buna nail olub.

Premyer Liqanın XXXIV turunda “Liverpul”la görüşdə (3:4) fərqlənən 30 yaşlı forvard cari mövsümdəki qollarının sayını 25-ə çatdırıb. O, 2015/2016 (25), 2016/2017 (29) və 2017/2018 (30) mövsümlərində də bunu bacarıb.

Ümumilikdə isə 208-ci qolunu vuran Harri Keyn ölkə çempionatları tarixinin ən məhsuldar ikinci oyunçusu Ueyn Runiyə çatıb. Bu baxımdan da rekordçu Alan Şirerdir. Onun aktivində 260 qol var.

Qeyd edək ki, Harri Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 45 oyunda 27 qol vurub, 5 məhsuldar ötürmə verib.


Facebook-da paylaş

Xəbəri paylaş