Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb
“Tottenhem”in hücumçusu Harri Keyn 2018-ci ildə futbol üzrə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb.
BrendSport.az xəbər verir ki, ötən il Keyn İngiltərə yığmasının Rusiyada keçirilən dünya çempionatına vəsiqə almasına kömək edib. Mundialda isə komandanın kapitanı statusunda çıxış edib, 6 qol vurub və turnirin ən yaxşı bombardiri sayılıb. İngilislər son 28 ildə yarımfinal mərhələsinə çıxıblar.
Noyabrda Xorvatiya yığması ilə keçirilən görüşdə vurduğu qələbə qolu Keynin İngiltərə yığması qarşısında xidmətlərindən biridir. Bu matçdan sonra İngiltərə yığması Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Beləliklə, H.Keyn 2018-ci ili beynəlxalq səviyyədə oynadığı 12 matçda altı qol vurmaqla başa çatdırıb. Keyn dalbadal ikinci ildir bu mükafata layiq görülür.
“Everton” klubunun hücumçusu, keçirdiyi yeddi matçın beşində fərqlənən Dominik Kalvert-Levin isə gənclərdən ibarət İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb.
Keyn deyib: “Mən hədsiz qürur hissi keçirirəm ki, dalbadal ikinci il İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılmışam. Ötən il o dərəcədə möhtəşəm il oldu ki, bu mükafat məxsusi əhəmiyyət kəsb edir. Ən vacib insanların – fanatların səni yüksək qiymətləndirməsi həmişə böyük şərəfdir”.
Facebook-da paylaş