DÇ-2018: Polşa yığması da mundilla vidalaşdı - YENİLƏNİR
Rusiyada keçirilən dünya çempionatında bu gün ikinci tura yekun vurulacaq.
BrendSport.az-ın məlumatına görə, əvvəlcə G qrupunda İngiltərə və Panama yığmaları qarşılaşıblar. Qrup birincisi olmaq üçün bu oyunda böyük hesablı qələbə qazanmalı olan ingilislər bu vəzifənin öhdəsindən gəlməyə çox yaxın idilər. İlk hissədə oyunun taleyin həll edən İngiltərə yığması ikinci hissədə bu nəticəni daha da yaxşılaşdıra bilərdilər. Ancaq iknici hissədə komandalar hərəyə bir dəfə fərqlənərək yekun nəticənin 6:1 hesabı ilə başa çatmasına nail oldular.
Daha sonra H qrupunda Yaponiya və Seneqal milliləri üz-üzə gəliblər. Hər iki komanda ilk turda qələbə qazandığından bu oyunun önəmi daha da böyük idi. Lakin buna baxmayaraq hər iki komanda ehtiyatlı oyun nümayiş etdiriblər. Demək olar ki, güclərin bərabər olduğu oyunda komandalar iki dəfə fərqləniblər və görüş 2:2 hesabı ilə başa çatıb. Belə olan halda, hər iki komanda aktivinə 1 xal yazdıraraq 4 xala yüksəliblər.
Günün son matçında Polşa ilə Kolumbiya milliləri qarşı-qarşıya gəlib. İlk turda hər iki komanda məğlub olduğundan bu oyun onlar üçün tamam, ya davam oyunu idi. Qarşılaşma əvvəlcə bərabər səviyyədə keçsə də, sonradan Kolumbiya millisi gücünü ortaya qoyaraq ilk hissənin sonunda bir qol vuraraq önə keçməyi bacarıb. İkinci hissədə də öz oyununu diqtə edən kolumbiyalılar hissənin sonuna qədər daha iki qol vuraraq 3:0 hesabı ilə qələbə qazanıb. Bu qələbə nəticəsində kolumbiyalılar ilk 3 xalını qazanıb və növbəti mərhələyə çıxmaq şanslarını son oyuna saxlayıb. Polşa üçün isə sonuncu oyun formal xarakteri daşıyacaq.
24 iyun
G qrupu
16:00. İngiltərə - Panama - 6:1
Qol: Con Stounz, 8, Harri Keyn, 22-pen. (2:0), Linqard, 36 (3:0), Con Stounz, 39 (4:0), Harri Keyn, 45+1-pen, (5:0), Keyn, 62 (6:0), Baloy, 78 (6:1)
Baş hakim: Gehad Qrişa (Misir)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
23 iyun
Belçika - Tunis - 5:2
H qrupu
19:00. Yaponiya - Seneqal - 2:2
Qol: Sadio Mane, 12 (0:1) Takaşi İnui, 34 (1:1), Mussa Vaqe, 71 (1:2), Honda, 78 (2:2)
Baş hakim: Canluka Rokki (İtaliya)
Yekaterinburq, "Yekaterinburq Arena"
Polşa - Kolumbiya - 0:3
Qollar: Yerri Mina, 40, Radamel Falkao, 70, Kuadrado, 75
Baş hakim: Sezar Ramos (Meksika)
Kazan, "Kazan Arena"
Facebook-da paylaş