Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018 sona çatdı: çempion Fransa oldu - mundialın digər fərqlənənləri



Rusiyada keçirilən dünya çempionatı başa çatıb. Bu gün turnirin final matçı keçirilib. Moskvadanın "Lujniki" stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gəlib.

Onlar 62 oyunluq mübarizənin ardından - yarımfinal görüşlərindən sonra bir-birilərinə rəqib olublar. Ötən gün 63-cü matçda bürünc mükafatçı müəyyənləşmişdi. Belçika İngiltərəni 2:0 hesabı ilə yenərək, mundiallar tarixinində ilk dəfə 3-cü yeri tutub.

Finalda isə Xorvatiya tarixi nailiyyətə imza ata bilərdi. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin etmiş və bürünc medal qazandıqları "DÇ-1998"dəki nailiyyətini yaxşılaşdırmışdı. Onlar 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya uduzmuşdu - 1:2.

Xorvatların intiqam almaq istəyi baş tutmayıb. Hesab 18-ci dəqiqədə açılıb. Mario Macukiçin avtoqolu Fransanı sevindirib. Xorvatiya 10 dəqiqə sonra İvan Perişiçin qolu ilə bərabərliyi təmin edib. 38-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Antoine Qrizmann Fransanı yenidən heabda önə keçib. 59-cu dəqiqədə Paul Poqba, 65-ci dəqiqədə Kilian Mbappe frəqlənib. Son nöqtəni isə 69-cu dəiqədə Mario Macukiç qoyub - 4:2.

Bununla da Fransa millisi 20 il sonra dünya çempionu olub.

Qeyd edək ki, mundialın ən yaxşıları da bəlli olub. Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç turnirin ən yaxşı oyunçusu seçilib. Ona bu münasibətlə "Qızıl top" mükafatı təqdim olunub.

Turnirin ən yaxşı qapıçısı Tibo Kurtua (Belçika), ən yaxşı gənc oyunçusu isə Kilian Mbappe (Fransa) seçilib.

Çempionatın bombardiri isə Harri Keyn olub. Mundialı 4-cü yerdə başa vuran İngiltərə millisinin üzvü 6 qola imza atıb

DÇ-2018

Final

15 iyul

Fransa
- Xorvatiya 4:2
Qollar: Mario Macukiç, 18 (avtoqol). Antoine Qrizmann, 38. Paul Poqba, 59. Kilian Mbappe, 65 - İvan Perişiç, 28. Mario Macukiç, 69.


Facebook-da paylaş

Xəbəri paylaş