Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: İsveç və İngiltərə millisi 1/4 finalda - YENİLƏNİR

İsveç və İngiltərə millisi 1/4 finalda -

Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulacaq. Keçirilicək iki oyunla sonuncu 1/4 final cütlüyü də müəyyənləşib.

İlk olaraq meydana mundialın sürpriz komandaları İsveç və İsveçrə çıxıb. F qrupunda Meksika, Almaniya və Cənubi Koreya ilə mübarizə aparan İsveç lider kimi bu mərhələyə vəsiqə qazanmışdı.

İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə E qrupunda yarışıb və 2-ci yerin sahibi kimi pley-offa yüksəlmişdi.

Oyunun əvvəlindən aktiv olan isveçlilər demək olar ki, oyunun tamamını yüksək oynayıblar. İlk hissədə hesab açılmasa da, oyunun 66-cı dəqiqəsində Emil Forsberqin qoluyla önə keçiblər.

Qalan dəqiqələrdə hesabı qoruyan İsveç millisi oyunu da qələbə ilə başa vuraraq 1/4 finala vəsiqə qazanıblar.

Günün digər oyununda İngiltərə Kolumbiya ilə qarşılaşıblar. G qrupunda Belçika, Tunis və Panama ilə mübarizə aparmış ingilislər 2 qələbə və 1 məğlubiyyətlə qrup 2-cisi olaraq 1/8 finala çıxmışdılar.

Kolumbiya isə H qrupunda Yaponiya, Seneqal və Polşa ilə pley-off uğrunda mübarizə aparmışdı. Cənubi amerikalılar 2 qələbə və 1 məğlubiyyətlə qrup lideri olmuşdu.

Bu oyunda da öz oyunlarını sərgiləməyə çalışan Cənubi Amerika təmsilçisi güclü İngiltərə yığmasına qarşı çətinə düşüblər. Bu görüşdə də ilk hissədə hesab açılmasa da, 58-ci dəqiqədə turnirin bombardiri Harri Keyninin penaltidən vurduğu qolla önə keçiblər.

Qalan vaxt ərzində hər iki komandanın şansları olsa da heç biri uğur qazana bilməyib. Görüşün bu hesabla bitəcəyi gözlənildiyi halda, 90+3-cü dəqiqədə günc zərbəsindən sonra hamıdan yüksəyə tullanan Yerri Mina komandasının bərabərlik qolunu vurmağa müvəffəq olub. Bu qoldan sonra oyun əlavə vaxta uzanıb.

Artırma dəqiqələrinin ilk yarısında daha yaxşı təsir bağışlayan Kolumbiya yığması olsa da hesab dəyişməyib. İkinci yarıda ingilislər az da olsa aktivləşsə də hesab yenə dəyişməyib və oyun matçsonrası penaltilərə gedib. Bu lotoreyada isə ingilislər daha dəqiq olub və 4:3 hesabı ilə qələə qazanıblar.

DÇ-2018

1/8 final

3 iyul


22:00. Kolumbiya - İngiltərə - 1:1 (pen. 3-4)
Qol: Keyn, 58-pen, Yerri Mina, 90+3
Penaltini dəqiq vuranlar: Falkao, Kuadrado, Muryel - Keyn, Reşford, Tripye, Dayer
Penaltini vura bilməyənlər: Uribe, Bakka - Henderson

Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu.

18:00. İsveç - İsveçrə - 1:0
Qol: Emil Forsberg, 66
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

30 iyun

Uruqvay - Portuqaliya - 2:1

Fransa - Argentina - 4:3

1 iyul

İspaniya - Rusiya - 1:1 pen-2:4

Xorvatiya - Danimarka - 1:1 pen-3:2

2 iyul

Belçika - Yaponiya - 3:2

Braziliya - Meksika - 2:0


Facebook-da paylaş

Xəbəri paylaş