DÇ-2018: bütün 1/8 finalçılar dəqiqləşdi - YENİLƏNİR
Bu gün dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq. Keçiriləcək dörd oyunla son iki 1/8 final cütü müəyyənləşəcək.
Əvvəlcə H qrupunda Yaponiya və Polşa milliləri üz-üzə gəliblər. Robert Levandovskinin kapitanı olduğu Polşa millisinin pley-off şansı olmasa da, yaponlar qrup liderliyini qorumağa və 1/8 finala adlamağa çalışmalı idilər. Mərhələni keçmək üçün Asiya təmsilçisinə bir xal da kifayət edir. Lakin qrupu qalibəyyətlə başa vurmaq istəyən polşalılar 60-cı dəqiqədə Bednarekin vurduğu qol bu arzularıa çatıblar.
Qrupun digər görüşündə isə Seneqal və Kolumbiya milliləri qarşılaşıblar. Bu oyuna qədər afrikalılar 4 xalla qrupda 2-ci, cənubi amerikalılar isə 3 xalla 3-cü idilər. Seneqala bu oyunda qrupdan çıxmaq üçün heç-heçə də sərf edirdisə, Kolumbiya mütləq qalib gəlməli idi. Elə buna görə də ilk dəqəqlərdən təşəbbüsü ələ almağa çalışan kolumbiyalılar qol sevincini ikinci hissənin 70-ci dəqəqsində Yerri Mina ilə yaşadılar.
Oyunların yekun nəticələrinə görə isə Kolumbiya və Yaponiya turu keçən komandalar oldular.
G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparıblar. Heç də adlarına layiq oyun sərgiləməyən komandalar ikinci hissənin sonlarına yaxın oyun göstərməyə çalışdılar. Bu da ondan irəli gəlirdi ki, Belçika yığması artıq ikinci yarının 51-ci dəqiqəsində Yanuzayın baxımlı qoluyla önə keçmişdilər. Ancaq hər iki komandının cəhdlərinə baxmayaraq, hesab dəyişmədi və Belçika yığması hesabına bir qələbə də əlavə edərək qrupu ilk sırada bitirdi.
Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışıblar. Hesabda önə keçən panamalılar sonradan qapılarında iki qol görərək, meydanı yenə də xalsız tərk ediblər.
Beləliklə, DÇ-2018-də qrup oyunları başa çatdı və bütün 1/8 finalçılar dəqiqləşdi.
DÇ-2018
28 iyun
III tur
H qrupu
18:00. Yaponiya - Polşa - 0:1
Qol: Bednarek, 60
Baş hakim: Canni Sikazu (Zambiya)
Volqoqrad, "Volqoqrad Arena"
18:00. Seneqal - Kolumbiya - 0:1
Qol: Yerri Mina, 74
Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, "Samara Arena"
1. Kolumbiya 3 2 0 1 5:2 6
2. Yaponiya 3 1 1 1 4:4 4
3. Seneqal 3 1 1 1 4:4 4
4. Polşa 3 1 0 2 1:5 3
G qrupu
22:00. İngiltərə - Belçika - 0:1
Qol: Yanuzay, 51
Baş hakim: Damir Skomina (Sloveniya)
Kalininqrad, "Kalininqrad" stadionu
22:00. Panama - Tunis - 1:2
Qollar: Xose Luis Rodriqes, 33 (1:0), Ben Youssef, 51 (1:1), Xazri, 66 (1:2)
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, "Mordoviya Arena"
1. Belçika 3 3 0 0 9:2 9
2. İngiltərə 3 2 0 1 8:3 6
3. Tunis 3 1 0 2 5:8 3
4. Panama 3 0 0 3 2:11 0
Facebook-da paylaş