Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Braziliya və İsveçrə milliləri sürprizə imkan vermədi - YENİLƏNİR

Braziliya və İsveçrə milliləri sürprizə imkan vermədi -

Bu gün dünya çempionatında daha 4 oyun keçiriləcək. Bu dəfə E və F qruplarında mübarizəyə yekun vurulacaq.

F qrupunun lideri Meksika İsveçlə qarşılaşıblar. İlk 2 turda qələbə qazanmasına baxmayaraq, Meksika hələ 1/8 finala vəsiqəni təmin etməmişdi. Skandinaviyalılarla matçda qazanılacaq 1 xal Meksikanı qrup lideri kimi növbəti mərhələyə daşıyacaqdı. Mübarizəni davam etdirmək üçün İsveç də mütləq meydandan qələbə ilə ayrılmalı, eləcə də Almaniyanın qələbə qazanmamasına ümid etməli idi.

Cənubi Koreya ilə üz-üzə gələcək Bundestim də mütləq qələbə qazanmalı idi. Almaniya kimi Asiya təmsilçisi də meydana 3 xal üçün çıxırdı. Ümumiyyətlə, bu qrupda vəziyyət elə idi ki, hər 4 komanda 1/8 finala adlaya bilərdi. Almaniya, İsveç və Meksika 6 xal toplasa, komandaların top fərqi ilk 2 yerin sahibini müəyyənləşdirəcəkdi. Meksika və Cənubi Koreya 3 xala sahib çıxardısa, o zaman da asiyalılarla yanaşı, Almaniya və İsveç arasında qrup ikincisi topların fərqinə görə bəlli olacaqdı.

Bütün bu proqnozlar demək olar ki, alt-üst oldu. Belə ki, hər kəs Meksika yığması üçün asan görünən oyunda, əzmkar xarakter sərgiləyən isveçlilər üç cavabsız qol vuraraq qələbə qazanıblar. Bu da isveçlilərin üzərinə düşən vəzifənin öhdəsindən artıqlaması ilə gəldiklərini göstərirdi.

Bu nəticə isə meksikalılar üçün arzuolunmaz idi və əgər Almaniya yığması qələbə qazanardılarsa, top fərqinə görə 1/8 fianlıçılar bəlli olacaqdı. Belədə isə Almaniya yığması Meksikanı üstələyə bilərdi.

Ancaq gözlənilərlərin əksinə, almanlar Cənubi Koreya millisi ilə oyunda heç bir varlıq nümayiş etdirə bilməyiblər. Birinci hissədə heç nəyə nail ola bilməyən almanlar, ikinci hissədə tam qüvvə ilə hücum sərgiləməyə çalışan bundestim, əks hücumlara məruz qalaraq qapılarında iki qol gördülər. Bu qollar sayəsində almanlara 2:0 hesabı ilə qələbə qazanan Cənubi Koreya millisi qrupu üçüncü yerdə başa vurublar. Alınan nəticə Almaniya yığması və eləcə də, futbolsevərlər üçün bir şok olub.

Beləliklə, qrupda bir qələbə ilə sonuncu yeri tutan almanlar mundilla vidlaşıblar. Bundestimin əldə etdiyi nəticə bəzi futbol ekspertləri tərəfindən rəzalət kimi dəyərləndilib.

E qrupunda isə 3 komandanın 1/8 final şansı var idi. Əsas diqqətlər Serbiya - Braziliya matçına yönəlmişdi. Burada qalib gələn tərəf pley-offa çıxacaqdı. Mərhələ adlamaq üçün Braziliyanı 1 xal da qane edirdi. Ancaq rahat bir oyun keçirən Braziliya yığması 2 cavabsız top vuraraq qələbə qazanıblar. Beləliklə, 1986-cı ildən bu günıdək qrupunda 1-ci olub mərhələ adlayan Braziliya millisi yenə də ənənəsinə sadiq qalaraq qrupu 1-ci yerdə bitirib.

İsveçrə millisinin isə işi nisbətən daha asan görünürdü. Çünki Avropa təmsilçisi Kosta-Rika ilə görüşdə uduzmamaqla adını 1/8 finala yazdıracaqdı. Braziliyanın serblərə qalib gələcəyi təqdirdə, İsveçrə məğlub olacağı halda belə, mundialdakı çıxışını davam etdirəcəkdi.

Ancaq asan təslim olmaq istəməyən Kosta-Rika millisi bərabər səviyyəli oyun göstərərək, görüşün maraqlı keçməsinə öz töhfələrini veriblər. Nəticədə hər iki komanda 2 dəfə fərqlənərək azarkeşlərə 4 qolun sevincini yaşadıblar.

Bununla da E qrupunda da 1/8 finalçılar dəqiqləşib.

Qeyd edək ki, bu ana qədər Uruqvay, Rusiya, İspaniya, Portuqaliya, Fransa, Danimarka, Xorvatiya, Argentina, eləcə də son turun nəticəsindən asılı olmayaraq İngiltərə və Belçika 1/8 finala vəsiqə qazanıb.

Dünya çempionatı

III tur

27 iyun

F qrupu


18:00. Cənubi Koreya - Almaniya
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”

18:00. Meksika - İsveç
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”

1. İsveç 3 2 0 1 5:2 6
2. Meksika 3 2 0 1 3:4 6
3. C.Koreya 3 1 0 2 3:3 3
4. Almaniya 3 1 0 2 2:2 3

E qrupu

Serbiya – Braziliya - 0:2
Qol: Paulinyo, 36, Tiaqo Silva, 68
Baş hakim: Alireza Faqani (İran)
Moskva. “Spartak” stadionu

İsveçrə - Kosta-Rika - 2:2
Qol: Cemaili, 31 (1:0), Vaston, 56 (1:1), Drmiç, 88, Sommer (aq) (2:2)
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion

1. Braziliya 3 2 1 0 5:1 7
2. İsveçrə 3 1 2 0 5:4 5
3. Serbiya 3 1 0 2 2:4 3
4. Kos.-Rika 3 0 1 2 2:5 1


Facebook-da paylaş

Xəbəri paylaş