“Yanq Boyz” klubu İsveçrə çempionu olub
“Yanq Boyz” klubu futbol üzrə İsveçrə çempionatının qalibi olub.
BrendSport.az xəbər verir ki, baş məşqçi Rafael Vikkinin yetirmələri XXXI turda “Lutsern”i 5:1 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdiriblər.
Komanda hazırda ikinci yerdə qərarlaşan “Luqano”nu 18 xal qabaqlayır. İsveçrə çempionatında sona 5 tur qaldığından, “Yanq Boyz” ən yaxın izləyicisi üçün əlçatmaz olub.
Bern klubu ümumilikdə 16-cı, son altı ildə isə beşinci dəfə mövsümü qızıl medalla tamamlayıb. Hazırda üç klubun daha çox çempionluğu var: “Qrasshoppers” (27), “Bazel” (20), “Servett” (17).
Facebook-da paylaş