Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kriştiano Ronaldo Çempionlar Liqasında matçların sayı üzrə rekordu təkrarlayıb

Kriştiano Ronaldo Çempionlar Liqasında matçların sayı üzrə rekordu təkrarlayıb


İngiltərənin “Mançester Yunayted” komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında matçların sayı üzrə rekordu təkrarlayıb.
BrendSport.az xəbər verir ki, 36 yaşlı hücumçu İsveçrənin “Yanq Boyz” komandasına qarşı qrup mərhələsinin birinci turunun səfər matçında meydançaya start heyətdə çıxıb. Bu, onun Çempionlar Liqasında 177-ci oyunu olub. Ronaldo qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açaraq turnirdə 135-ci qolunu vurub. O, bu göstərici üzrə rekorda imza atıb.
Ronaldo Avropanın futbol üzrə əsas yarışında keçirdiyi matçların sayına görə İspaniyanın "Real Madrid" komandasının keçmiş qapıçısı İker Kasilyasla bərabər olub.
Qeyd edək ki, “Yanq Boyz” komandası 2:1 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş