Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Ronaldo həmişə bizə qol vurmağa gəlir"

"Ronaldo həmişə bizə qol vurmağa gəlir"

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Kriştiano Ronaldolu "Yuventus”la Çempionlar Liqasında keçirəcəkləri ev oyunundan danışıb.

MY-nin saytına açıqlama verən portuqaliyalı mütəxəssis belə deyib:

"Düşünürəm ki, "Old Trafford”a gəlmək Ronaldonun ürəyincədi. O, "Real”da oynayanda da bura böyük həvəslə gəlirdi. Azarkeşlərimiz həmişə Kriştianoya isti münasibət göstərir. Bu başqa məsələ ki, Ronaldo bizim arenaya qol vurmaq, qələbə qazanmaq üçün təşrif buyurur. İndi "Yuventus”la Çempionlar Liqasında qalib olmağı qarşısına məqsəd qoyub. Əminəm ki, yenə qapımıza yol tapmaq, geriyə zəfərlə dönmək istəyəcək”.

MY ÇL-də "Yuventus”, "Valensiya” və "Yanq Boyz”la eyni qrupda mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş