ÇL-də III tura start verilir: Ronaldo keçmiş komandasına qarşı
Bu gün Çempionlar Liqasında III tura start veriləcək. E, F, G və H qruplarında 8 qarşılaşma baş tutacaq.
E qrupunda "Ayaks" və "Bavariya" 4 xalla ilk iki pilləni tutur. Almanlar hələ xal qazanmamış autsayder AEK-in qonağı olacaq, hollandlar 3 xalı olan "Benfika"nı qəbul edəcək.
B qrupunda turnirin favoritlərindən olan "Mançester Siti" "Şaxtyor"un qonağı olacaq. İngilislər ilk turda evdə gözlənilmədən "Lion"a uduzub, ardınca səfərdə "Hoffenhaym"a çətinliklə qalib gəlib. Ukraynalılar ilk iki turun oyununda 2:2 hesablı heç-heçəyə razılaşıb. Qrupun digər oununda 4 xalı olan "Lion" səfərdə "Hoffenhaym"la qarşılaşacaq. Çempionlar Liqasının debütantı olan Almaniya klubunun bir xalı var.
G qrupunda son 3 mövsümdə Çempionlar Liqasının qalibi olmuş "Real" "Viktoriya"nı qəbul edəcək. Madrid klubu ilk turda "Roma"nı darmadağın etsə də (3:0), ardınca ÇSKA-ya yenilib (0:1). "Viktoriya" isə I turda Moskva klubu ilə "sülh"ə razılaşıb (2:2), ardınca "Roma" tərəfindən darmadağın edilib (0:5). Qrupun digər matçında "Roma" ÇSKA-nı qəbul edəcək. Hazırda qrupun lideri 4 xalla Rusiya klubudu. "Real" və "Roma"nın 3, "Viktoriya"nın 1 xalı var.
Günün əsas oyunu H qrupunda baş tutacaq. Belə ki, "Mançester Yunayted" "Yuventus"u qəbul edəcək. İtalyanlar ilk iki turda "Valensiya" və "Yanq Boyz"a qalib gələrək maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. İngilislər isə "Yanq Boyz"a qalib gəlib, "Valensiya" ilə "sülh" bağlayıb və 4 xalla ikinci pillədə qəarlaşıb. "Yanq Boyz"la oyunda qırmızı vərəqə alan "Yuventus"un ulduzu Kriştiano Ronaldonun cəzası bitib və bu gün sabiq komandasına qarşı oynaya biləcək. Qrupun digər oyununda isə autsayderlər - "Valensiya" və "Yanq Boyz" qarşılaşacaq. İspanların 1 xalı var, isveçrəlilər isə hələ xal qazana bilməyib.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur, 23 oktyabr
E qrupu
20.55 AEK (Yunanıstan) - Bavariya (Almaniya)
23.00 Ayaks (Hollandiya) - Benfika (Portuqaliya)
1. Ayaks 2 1 1 0 4:1 4
2. Bavariya 2 1 1 0 3:1 4
3. Benfika 2 1 0 1 3:4 3
4. AEK 2 0 0 2 2:6 0
F qrupu
23.00 Şaxtyor (Ukrayna) - Mançester Siti (İngiltərə)
23.00 Hoffenhaym (Almaniya) - Lion (Fransa)
1. Lion 2 1 1 0 4:3 4
2. Mançester S. 2 1 0 1 3:3 3
3. Şaxtyor 2 0 2 0 4:4 2
4. Hoffenhaym 2 0 1 1 3:4 1
G qrupu
23.00 Roma (İtaliya) - ÇSKA (Moskva, Rusiya)
23.00 Real (İspaniya) - Viktoriya (Çexiya)
1. ÇSKA 2 1 1 0 3:2 4
2. Real 2 1 0 1 3:1 3
3. Roma 2 1 0 1 5:3 3
4. Viktoriya 2 0 1 1 2:7 1
H qrupu
23.00 Mançester Yunayted (İngiltərə) - Yuventus (İtaliya)
20.55 Yanq Boyz (İsveçrə) - Valensiya (İspaniya)
1. Yuventus 2 2 0 0 5:0 6
2. Manç. Y. 2 1 1 0 3:0 4
3. Valensiya 2 0 1 1 0:2 1
4. Yanq Boyz 2 0 0 2 0:6 0
Facebook-da paylaş