Renat Dadaşov “Qrasshopper”də növbəti qolunu vurub
![Renat Dadaşov “Qrasshopper”də növbəti qolunu vurub](/uploads/posts/2023-03/1678717515_16787037856225329067_367x266.jpg)
Futbol üzrə İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Vintertur”la qarşılaşıb.
Futbolçumuzun komandası oyundan qələbə ilə ayrılıb - 2:1. R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, əsas heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Qrashopper”in ilk qolunu da elə məhz 41-ci dəqiqədə R.Dadaşov vurub.
Qeyd edək ki, “Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında yeddinci pillədə qərarlaşıb.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)