Futbolçumuzun çıxış etdiyi “Tondela” klubu Portuqaliya kuboku yarışında növbəti qələbəsini qazanıb
Futbol üzrə Portuqaliya kuboku yarışında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
BrendSport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Mafra” ilə qarşılaşıb. Matç “Tondela”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. R.Dadaşov görüşün 79-cu dəqiqəsində meydana daxil olub.
Komandalar arasında cavab oyunu aprelin 20-də “Mafra”nın meydanında keçiriləcək.
Facebook-da paylaş