İsrafilov qol vurdu, “Alkorkon”...
Futbol üzrə İspaniya Sequndasında 18-ci turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Osasuna” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 1:2.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
Komandasının yeganə qolunu da Eddi vurub. O, 53-cü dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Amma komandası qalan dəqiqələrdə 2 qol buraxaraq, məğlub olub. İsrafilov 44-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda 33 xala malik “Alkorkon” ardıcıl məğlubiyyətlərdən sonra 22 kollektiv arasında 5-ci pilləyə düşüb.
Facebook-da paylaş