Əfsanəvi qapıçı qaynanasının silahlı hücumuna məruz qaldı - VİDEO
Ukrayna millisinin və Kiyev "Dinamo"sunun əfsanəvi qapıçısı Aleksandr Şovkovski şəxsi həyatı ilə gündəmə gəlib.
"Facebook" səhifəsindən bir video paylaşan veteran qapıçı 2015-ci ildə ayrıldığı Olqa Alenovanın anası Lyubov Pavlovna tərəfindən silahlı hücuma məruz qalır.
Videoda Şovkovski bir evin qapısını döyür və ona balkondan cavab verən qadın əvvəlcə keçmiş futbolçu və olayı videoya çəkən şəxsə daş atır. Otağa gedən qadın əlində silahla qayıdır və Şovkovskiyə 3 dəfə atəş açır.
Şovkovski açıqlamasında bildirib ki, o evə qızını görmək üçün getdiyini bildirib. Lakin keçmiş həyat yoldaşı və qaynanası qızını ona göstərməyib.
Qeyd edək ki, Şovkovski 1993-2016-cı illərdə Kiyev "Dinamo"sunda çıxış edib. 1994-2012-ci illərdə Ukrayna yığmasına çağırılan qolkiper 92 oyunda milli formanı geyinib.
Facebook-da paylaş