Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ruslar “Qarabağ” haqda: Kimin ağlına gələrdi ki...




“Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı Rusiya mətbuatının da diqqətini çəkib. Bu ölkədə nəşr olunan həftəlik “Futbol” jurnalının internet versiyası qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində diqqət çəkən ən maraqlı məqamları 10 fakt halında yayımlayıb.

Maraqlıdır ki, həmkarlarımızın qeyd etdiyi məqamların arasında “Qarabağ”ın sürpriz çıxışı, “Atletiko”nu büdrətməsi və ağdamlıların qapıçısı İbrahim Şehiçin turnirin qrup mərhələsinin ən çox seyv edən qapıçısı olması da yer alıb.
Məqalənin müəllifi İqor Yeqorov çempionumuzun çıxışını belə təsvir edib: “Qarabağ” hələ Avrokubok baharı başlamamışdan möcüzəyə imza ataraq Çempionlar Liqasını qrup mərhələsinə vəsiqə qazanmışdı. Kimin ağlına gələrdi ki, Azərbaycan klubu hələ üstəlik “Atletiko” ilə iki dəfə heç-heçə edəcək, hətta onların qapıçısı bu mərhələdə hamıdan çox “seyv” edəcək? Komandanın “çərçivə qoruyucusu” İbrahim Şehiç artıq uzun müddətdir ki, Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərərək Bosniya və Hersoqovina millisinin heyətinə dəvət alır.

2016/17 ÇL mövsümü isə Şehiçin şəxsi karyerası baxımından benefisi oldu. Onun komandası “Çelsi”, “Roma” və “Atletiko”ya qarşı yaxşı müdafiə olunarkən, qapıçı da digər bütün həmkarlarından daha çox top qaytardı. İbrahim cəmi 6 oyunda 35 dəfə qapısını real qoldan xilas etdi. “Maribor”lu Yasmin Handanoviç, MOİK-in üzvü İqor Akinfeyev və “Şaxtyor”un “çərçivə qoruyucusu” Andrey Pyatov öz komandasına bosniyalı qapıçıdan daha az kömək ediblər”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyunda 2 xal toplayıb.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş