Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



ADA və Ekspo 2025 Bakı birgə dəyirmi masa keçirdi



15 Mart 2018-ci il tarixində ADA Universitetində Ekspo 2025 Ümumdünya Sərgisinə namizəd ölkə Azərbaycan tərəfindən təqdim edilmiş mövzulardan biri olan “Əməyin gələcəyi” ətrafında dəyirmi masa arxasında müzakirə keçirilmişdir.

Ekspo 2025 Bakı Əməliyyat katibliyindən BrendSport.az saytına verilən məlumata görə, bu müzakirədə Əmək və Əhalinin Sosial Müdafıəsi nazirliyinin nümayəndəsi Rəna Abdullayeva, əmək bazarı üzrə ekspert İlkin Nəzərov, Ekspo 2025 Bakı mövzu liderlərindən biri Məryəm Qafarzadə, həmçinin, riyaziyyat təsisçisi Əli Mərdanov iştirak etmişlər.

Rəna Abdullayeva tələbələrə demoqrafiya və texnologiyanın təsirləri məzmununda Azərbaycan iqtisadiyyatının qarşısında duran çətinliklər barəsində ətraflı məlumat vermişdir. Azərbaycan əhalisinin dünyanın ən gənc əhalilərindən biri olması faktını qeyd edərək, diqqətini uzunmüddətli proqnozlara və əhalinin demoqrafik strukturunun dəyişilməsinə yönəltmiş və Azərbaycan hökumətinin bu sahələrdə islahatlar apardığına istiqamətləndirmişdir. Nazirlik nümayəndəsi hal-hazırda Azərbaycan əhalisinin 71.3%-ni 15-64 yaş arası insanların, 14 yaşa kimi olan uşaqların isə 22% təşkil etdiyini bildirmişdir. Rəna Abdullayeva qeyd etmişdir ki, uzunmüddətli perspektivdə Azərbaycan əhalinin qocalması problemi ilə üzləşir və artıq respublika onların həlli yolları üzrə işləyir. Bildirilmişdir ki, Azərbaycan, həmçinin, Beynəlxalq Əmək Təşkilatının 104-cü sessiyasında “Future of Work” mövzusunun müzakirəsi təşəbbüsünü irəli sürən ilkin dövlətlərdən biri idi.

Məryəm Qafarzadə Ekspo 2025 Bakı layıhəsi haqqında təqdimatı nümayiş edərək, universitet tələbələrinin Dünya Sərgisinin ölkəyə qazandıracağı uzunmüddətli mənfəətlər barəsində olan suallarını cavablandırmışdır. Məryəm Qafarzadə Azərbaycan gəncləri üçün təsiredici “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini xüsusi vurğulayıb.

Ekspert İlkin Nəzərov, öz çıxışında, World Expo 2025-in Azərbaycanda əmək bazarının inkişafına müsbət təsirləri ola biləcəyi haqqında danışıb. Təsisçi Əli Mərdanov təhsilin dəyişən əmək bazarı şərtləri məzmunundakı rolu haqqında öz fikirlərini bölüşüb. Təqdimatın davamında isə ekspertlər dəyirmi masa iştirakçılarının suallarını cavablandırıblar.







Facebook-da paylaş

Xəbəri paylaş