Şahmat Olimpiadasına yekun vuruldu
Bu gün Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Dünya Şahmat Olimpiadası yekunlaşıb. Sonuncu - 11-ci tur çərçivəsində kişilərdən ibarət komandamız Serbiya, qadın zəka sahiblərimiz isə Vyetnam şahmatçıları ilə üz-üzə gəlib.
Kişilərdən ibarət komandamız turu qələbə ilə başa vurub və ümumi nəticədə 16-cı olub.
Qadın şahmatçılarımız isə heç-heçə ilə razılaşıblar və yarışı 9-cu pillədə tamamlayıblar.
05 oktyabr 2018
Dünya Şahmat Olimpiadası
11-ci tur
Kişilər
Serbiya - Azərbaycan - 0:4
Duşan Popoviç - Teymur Rəcəbov - 0:1
Miloş Roqanoviç - Arkadi Naydiç - 0:1
Marko Neneziç - Rauf Məmmədov - 0:1
Velimir İviç - Eltac Səfərli - 0:1
Qadınlar
Vyetnam - Azərbaycan - 2:2
Kim Punq Vo - Günay Məmmədzadə - 0:1
Nquyen Fam - Zeynəb Məmmədyarova - 0,5:0,5
Tram Hoanq - Gülnar Məmmədova - 0,5:0,5
Hunq Nquyen - Ülviyyə Fətəliyeva - 1:0
Facebook-da paylaş