Böyük oyun Çakıra tapşırıldı
Türkiyəli FİFA referisi Cüneyt Çakıra UEFA-dan növbəti təyinat gəlib.
Qurumun rəsmi saytının yaydığı xəbərə görə, təcrübəli hakim Çempionlar Liqasının C qrupunun ilk turunda keçiriləcək “Liverpul” – PSJ matçını idarə edəcək. Onun köməkçiləri Bahattin Duran, Tarık Onqun, Hüseyin Göçək və BarışŞimşək olacaq. 4-cü hakim funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, “Liverpul” – PSJ matçı sentyabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Facebook-da paylaş