25 elit kateqoriyalı hakim arasında həmyerlimiz də var
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev İsveçrəyə gedəcək. UEFA-nın saytındayayılan məlumata görə, gənc hakim avqustun 1-də Nyon şəhərində seminara qatılacaq.
Belə ki, UEFA elit və I kateqoriyaya sahib hakimlər üçün kurs təşkil edəcək. 75 referinin qatılacağı tədbirdə I kateqoriyaya malik olan Əliyar Ağayev də iştirak edəcək. Dəvətlilərdən 25-i elit, 50-si isə I kateqoriya nümayəndəsidi.
Qeyd edək ki, seminar avqustun 3-dək davam edəcək.
Facebook-da paylaş