Əsas Səhifə > Xəbər lenti > 25 elit kateqoriyalı hakim arasında həmyerlimiz də var
25 elit kateqoriyalı hakim arasında həmyerlimiz də var30-07-2018, 14:47 |
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev İsveçrəyə gedəcək. UEFA-nın saytındayayılan məlumata görə, gənc hakim avqustun 1-də Nyon şəhərində seminara qatılacaq. Belə ki, UEFA elit və I kateqoriyaya sahib hakimlər üçün kurs təşkil edəcək. 75 referinin qatılacağı tədbirdə I kateqoriyaya malik olan Əliyar Ağayev də iştirak edəcək. Dəvətlilərdən 25-i elit, 50-si isə I kateqoriya nümayəndəsidi. Qeyd edək ki, seminar avqustun 3-dək davam edəcək. Geri qayıt |