Qadınların cəmiyyətimizdə rolu
Bəşər sivilizasiyanının inkişafında və bugünkü müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların da əvəzsiz rolu və xidmətləri olmuşdur. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəfəqiyyətlər qazanılsın, uğurlar əldə edilsin.
Lakin tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı mərhələlərdə qadına münasibətdən asılı olaraq cəmiyyətdə zərif cinsin rolu da müxtəlif olmuşdur.
Çünki qadınların cəmiyyət həyatındakı rolu mövcud ictimai-siyasi şəraitdən və onlara göstərilən münasibətdən asılı olaraq fərqli sivilizasiyalarda və cəmiyyətlərdə fərqli formalarda özünü büruzə vermişdir.
Bütün bunlara rəğmən qadınların cəmiyyətdə rolu, ictimai və dövlət həyatında iştirakı daim bəşəriyyəti düşündürən sosial problem olaraq diqqəti çəkmişdir.
Bu gün Azərbaycanın bu cür işgüzar və cəmiyyətdə öz sözünü deməyə çalışan belə qadınlardan biri - Quliyeva Pərvanə Davud qızının doğum günüdür. ADPU-nin və Azərbaycan Müəllimlər Universitetinin məzunu olan Pərvanə xanım hazırda aktiv fəaliyyətlə məşğuldu.
Doğum günü münasibətilə Pərvanə xanımı təbrik edir, bundan sonrakı həyatında cansağlığı və müvəffəqiyyətlər arzulayırıq.
Facebook-da paylaş