Ronaldo millilərin mundialdan erkən ayrılmasından danışdı
Brazliya millisi ilə ikiqat dünya çempionu olan Ronaldo komandanın DÇ-2018-dəki çıxışını dayandırmasına münasibət bildirib.
“Globe Esporte”in yaydığı xəbərə görə, veteran hücumçu yığmanın yaxşı oynamasına baxmayaraq, nəticə qazana bilməməsinə təəccübləndiyini deyib:
“Braziliya millisi son dünya çempionatındakı rüsvayçılıqdan (Braziliya - Almaniya finalı - 1:7) qaça bildi. Ancaq biz həmişə komandadan daha artığını gözləyirik. Araşdırmaq lazımdır ki, niyə yaxşı oynasaq da, pis nəticə qazanırıq”.
Ronaldo komandanın baş məşqçisi Titenin vəzifəsində qalmalı olduğunu qeyd edib: “O, fenomenal məşqçidir. Komandada inanılmaz işlər görüb”.
Facebook-da paylaş